Bahar Korporativi
19 mart 2025-ci il tarixində MONETRİ komandası Novruz bayramını birlik və yüksək əhval-ruhiyyə ilə qeyd etdi. Korporativ tədbir zamanı əməkdaşlarımız bir araya gələrək milli dəyərlərimizi yaşatdı, müxtəlif əyləncəli və tematik fəaliyyətlərdə iştirak etdilər. Bayram süfrəsi, musiqi proqramı və komanda oyunları ilə yadda qalan gün, həm kollektiv ruhunu gücləndirdi, həm də baharın gəlişini böyük sevinclə qarşılamağa imkan yaratdı. MONETRİ olaraq inanırıq ki, güclü komanda ruhu və dəyərlərimizə bağlılıq uğurumuzun əsas açarlarından biridir. 🌸 Baharınız mübarək!