Monetri BOKT MMC, müasir bankçılıq xidmətləri təqdim edən və müştərilərinə güvənli, şəffaf və yenilikçi maliyyə həlləri təklif edən bir kredit təşkilatıdır. 2013-ci ildən PSG Finans BOKT MMC olaraq fəaliyyətə başlamışdır. Hal-hazırda isə Monetri BOKT MMC olaraq fəaliyyət göstərən şirkətimiz, Azərbaycanın maliyyə sektorunda sürətlə böyüyərək özünü etibarlı və peşəkar bir partnyor kimi tanıtmışdır.
Vizyonumuz
Bizim məqsədimiz, müştərilərimizə ən yüksək keyfiyyətli kredit xidmətlərini təmin edərək onların maliyyə ehtiyaclarını ən effektiv şəkildə qarşılamaqdır. Şirkətimiz müasir texnologiyalardan istifadə edərək, daha rahat və sürətli xidmətlər təqdim etməyi hədəfləyir.
Dəyərlərimiz
• Etibar və şəffaflıq: Müştərilərimizin maliyyə məlumatlarını qorumaq və bütün əməliyyatlarımızda şəffaf olmaq.
• Yenilikçilik: Bankçılıq xidmətlərimizi daim təkmilləşdirir və müştərilərimizin ehtiyaclarına uyğun yeni həllər təqdim edirik.
• Müştəri məmnuniyyəti: Bizim üçün müştərilərimizin razılığı və etibarı ən önəmli dəyərdir. Hər bir müştərimizə fərdi yanaşma və yüksək keyfiyyətli xidmət göstəririk.
Niyə Biz?
Təcrübə və Peşəkarlıq: Fəaliyyətə başladığımız ilk gündən etibarən hər bir müştərimizə yüksək peşəkarlıqla xidmət göstəririk.
Müasir Texnologiyalar: Xidmətlərimizi daim inkişaf etdirərək müştərilərimizin ehtiyaclarına uyğun yeni həllər təqdim edirik.
Müştəri Yönümlü Yaklaşım: Bizim məqsədimiz müştərilərimizin maliyyə məqsədlərinə çatmalarına kömək etməkdir.
Gələcəyə Doğru
Biz, daim inkişaf edən maliyyə dünyasında, müştərilərimizin ehtiyaclarına cavab verən yeni və innovativ məhsullar təqdim etməyə davam edəcəyik. Bu, yalnız bizim deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün mühüm addım olacaq
Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı
“Çaparxana Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti – 8.5% Məmmədov Faiq Ağababa oğlu – 8.5%
“Practical Solitions Middle EastFZ LLC” şirkəti (Birləşmiş Ərəb Əmirlikləri) – 83%
Müşahidə Şurasının üzvləri
AXUNDOV ABUL NƏRİMAN OĞLU
ABBASOVA LALƏ FƏRMAN QIZI
EYVAZLI TURAL AZAD OĞLU