Yeni Şamaxı Filialı
27 yanvar 2025-ci il tarixində MONETRİ Bank Olmayan Kredit Təşkilatı Şamaxı şəhərində yeni filialının açılışını həyata keçirdi. Açılış mərasimində şirkət rəhbərliyi və sakinlər iştirak etdilər. Yeni filialın açılması, regionda müştərilərimizə daha yaxın olmaq və keyfiyyətli maliyyə xidmətləri təqdim etmək yolunda atılan önəmli addımlardan biridir. Açılış zamanı iştirakçılar filialın imkanları ilə tanış oldular, əməkdaşlarla görüşdülər və yeni xidmətlər barədə məlumat aldılar. MONETRİ olaraq hədəfimiz, ölkənin hər bir bölgəsində müştəri məmnuniyyətini ön planda tutaraq dayanıqlı maliyyə dəstəyi göstərməkdir. 📍 Yeni ünvan: Şamaxı şəhəri, Nəriman Nərimanov 198