img Vakansiyalara qayıt

Mikro Biznes Kreditlər Üzrə Mütəıxəssis

  • img
  • imgBAKI filialı
  • imgSon müraciət tarixi : 14 avqust 2025
  • imgTam ştat

Təsvir

    Əsas vəzifələri:

    • Mikro biznes kreditləri üçün müraciətləri qəbul etmək və qiymətləndirmək.
    • Müştərilərlə danışıqlar aparmaq.
    • Müştəri şəbəkəsinin genişləndirilməsi;
    • Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.
    • Mikro kreditlər üzrə sifarişləri qəbul etmək, bankın daxili prosedur və qaydalarına uyğun sənədləri toplamaq və kreditləri rəsmiləşdirmək.
    • Mikro kreditlərin təhlilini aparmaq, maliyyə hesabatlarını hazırlamaq və girovun qiymətləndirilməsi üçün ilkin monitorinq keçirmək.
    • Kredit memorandumunu hazırlamaq və kredit komitəsinə təqdim etmək.
    • Kredit müqaviləsi və ödəniş cədvəlinə uyğun olaraq borcların vaxtında ödənilməsini təmin etmək.
    • Müqavilə şərtlərini pozan müştərilərlə işləmək və borcların ödənilməsinə dair tədbirlər görmək.
    • Aylıq satış planlarını yerinə yetirmək.
    • Mikro kredit sahəsi üzrə təcrübəçilərin və yeni işçilərin hazırlanmasına dəstək vermək.

Tələblər

    Tələb olunan keyfiyyətlər:

    • Kreditlərlə bağlı biliklər və təcrübə.
    • Təhlil etmə və ünsiyyət qurma bacarığı.
    • Analitik düşünmə qabiliyyəti.
    • Müştəri ilə işləmək bacarığı.
    • Komanda ilə işləmək bacarığı.
    • Azərbaycan dili mükəmməl səviyyədə.

    Xüsusi tələblər

    • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
    • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
    • Yaş həddi 22-35
    • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti

    İş şəraiti:

    • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
    • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
    • Korporativ nömrə ilə təmin edilmə;
    • Əmək haqqı 1000 manat və aylıq bonus.

    Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Mikro biznes kreditləri üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron ü̈nvanına göndərməkləri xahiş olunur.

    Müraciət etmək üçün: [email protected]

     

Müraciət et
img
img
img

Müraciətin uğurla göndərildi

img
img

Xəta baş verdi. Xahiş edirik yenidən cəhd edin